​Norveç qaraçılara təzminat ödəyəcək

​Norveç qaraçılara təzminat ödəyəcək Ölkənin baş naziri onlara qarşı edilən ayrı-seçkiliyə görə üzr istəyib
Digər ölkələr
9 Aprel , 2015 02:45
​Norveç qaraçılara təzminat ödəyəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Norveçin baş naziri Erna Solberq II Dünya müharibəsi öncəsi və sonrakı dövrlərdə qaraçılara qarşı edilən ayrı-seçkiliyə görə üzr istəyib.

"Report" xəbər verir ki, bundan əlavə, o, qaraçılara təzminat ödəniləcəyinə vəd verib.

"Tariximizin bu qara səhifəsinə görə hesab verməyin vaxtı çatıb. Dövlət Norveç qaraçılarına qarşı etdiyi səhvlər və göstərdiyi ədalətsiz münasibətə görə məsuliyyətini etiraf edir", - deyə Solberq bildirib.

Son xəbərlər

Orphus sistemi