“Normand dördlüyü”nün növbəti görüşü aprel ayında baş tuta bilər

“Normand dördlüyü”nün növbəti görüşü aprel ayında baş tuta bilər Hazırda görüşün dəqiq vaxtı razılaşdırılır
Digər ölkələr
1 Aprel , 2015 23:48
“Normand dördlüyü”nün növbəti görüşü aprel ayında baş tuta bilər

Bakı. 1 aprel. REPORT.AZ/ “Normand dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) ölkələrinin XİN rəhbərlərinin növbəti görüşü aprel ayında baş tuta bilər. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa xarici işlər nazirliyinin nümayəndəsi bildirib.

"Hazırda görüşün dəqiq vaxtını razılaşdırırıq. Bu görüş elə aprel ayının ortalarında keçirilə bilər" - Fransalı diplomat bildirib.

Qeyd edək ki, “Normand dördlüyü” Ukraynanın şərqindəki münaqişənin həlli üçün razılaşmalar əldə etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi