“Normand dördlüyü”nün XİN rəhbərləri razılaşma əldə etməyib

“Normand dördlüyü”nün XİN rəhbərləri razılaşma əldə etməyib Bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib
Digər ölkələr
4 Mart , 2016 03:57
“Normand dördlüyü”nün XİN rəhbərləri razılaşma əldə etməyib

Bakı. 4 mart. REPORT.AZ/ Ukrayna, Rusiya, Fransa və Almaniya XİN rəhbərlərinin Paris görüşündə heç bir qərar əldə olunmayıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

"Fərqli açıqlamalara fikir verməyin. Razılaşma əldə olunmayıb. Bizim üçün əsas şərt təhlükəsizliyin təmin edilməsidir", - deyə Klimkin qeyd edib.

4 saata yaxın davam edən danışıqlarda nazirlər Donbass regionunda cərəyan edən prosesləri təhlil ediblər və Minskdə əldə olunan razılaşmanın yerinə yetirilməsi məsələsini diqqət mərkəzində saxlayıblar.

Lakin Fransanın xarici işlər naziri Jan-Mark Eyro Klimkinin əksinə bəyan edib ki, görüş iştirakçıları Donbassda seçkilərin 2016-cı ilin yayına qədər keçirilməsi ilə bağlı razılığa qəliblər.

Son xəbərlər

Orphus sistemi