Nobel Sülh mükafatı laureatının adı açıqlanıb

Nobel Sülh mükafatı laureatının adı açıqlanıb Bu mükafata 52 illik silahlı münaqişəyə son qoyduğu üçün Kolumbiya prezidenti layiq görülüb
Digər ölkələr
7 Oktyabr , 2016 13:15
Nobel Sülh mükafatı laureatının adı açıqlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Nobel Sülh mükafatı Kolumbiyanın prezidenti Juan Manuel Satosa verilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri-Xalq Ordusu ilə 52 illik silahlı münaqişəyə son qoyduğu üçün bu mükafata layiq görülüb. 

Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Bu il Nobel mükafatının hər biri 8 milyon İsveç kronu (932 min dollar) məbləğində olacaq.

Son xəbərlər

Orphus sistemi