Bakı. 1 aprel. REPORT.AZ/ General Məhəmməd Buxari Nigeriyada keçirilən prezident seçkisinin qalibi elan olunub.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.
Məlumata görə, seçkilərin 15 milyon 424 min 921-i keçmiş diktator Məhəmməd Buxariyə, 12 milyon 853 min 162-si isə Qudlak Conatana səs verib.
Qudlak Conatan rəqibini qələbə münasibəti ilə təbrik edib.
Xatırladaq ki, Nigeriya tarixində ilk dəfədir müxalifət təmsilçisi demokratik yolla keçirilən seçkidə qalib gəlib.