​Nigeriyanın Malam Fatori şəhəri terrorçulardan azad edilib

​Nigeriyanın Malam Fatori şəhəri terrorçulardan azad edilib Şəhər ötən ilin noyabrından terrorçuların əlindədir
Digər ölkələr
1 Aprel , 2015 02:36
​Nigeriyanın Malam Fatori şəhəri terrorçulardan azad edilib

Bakı. 1 aprel. REPORT.AZ/ Niger və Çadın hökumət qoşunları çərşənbə axşamı Nigeriyanın şimal-şərqində apardıqları birgə əməliyyat nəticəsində "Boko haram" terrorçularını Malam Fatori şəhərindən çıxara biliblər.

"Report" xəbər verir ki, bu barədə Çad hökumətindəki mənbələr məlumat verib.

"Biz şəhəri bu axşam azad etmişik. Bu, "Boko haram"a qarşı mübarizədə mühüm qələbədir.

Malam Fatori şəhəri ötən ilin noyabrından ekstremistlərin əlində olub. Əməliyyat zamanı həm hava, həm də qurudan həmlə endirilib. Bundan əlavə, Niger və Çad ordusu yaxınlıqdakı Abadam kəndini də azad etməyə müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi