​Nigeriyanın cənubunda 83 separatçı saxlanılıb

​Nigeriyanın cənubunda 83 separatçı saxlanılıb Onlar cəmiyyətdə "xaos yaratmaq və çaxnaşma salmaq"da ittiham olunurlar
Digər ölkələr
7 Noyabr , 2015 07:17
​Nigeriyanın cənubunda 83 separatçı saxlanılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Nigeriya polisi Biafranın ayrılması naminə separatçı hərəkatın 83 üzvünü həbs edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, onların lideri Nnamdi Kanunun saxlanılmasına qarşı keçirilən etiraz aksiyası zamanı baş verib.

Asayiş keşikçiləri Nigeriyanın cənubunda yerləşən Bayels ştatının paytaxtı Yenaqoa şəhərində 78 kişi və 5 qadını saxlayıblar. Onlar cəmiyyətdə "xaos yaratmaq və çaxnaşma salmaq" kimi cəhdlərdə ittiham olunurlar.

Polis ən azı daha dörd rayonda nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi