​Nigeriyada terrorçular bir rayonda 21 nəfəri qətlə yetirib

​Nigeriyada terrorçular bir rayonda 21 nəfəri qətlə yetirib Ötən ilin aprelində "Boko Haram" oradan 200-dən çox məktəbli qızı oğurlamışdı
Digər ölkələr
20 Fevral , 2015 20:11
​Nigeriyada terrorçular bir rayonda 21 nəfəri qətlə yetirib

Bakı. 20 fevral. REPORT.AZ/ "Boko Haram" terrorçu qruplaşmasının silahlıları Nigeriyada bir rayona hücum zamanı 21 nəfəri qətlə yetirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ölkənin Borno əyalətinin Çibok rayonunda olub.

Xatırladaq ki, ötən ilin aprelində "Boko Haram" oradan 200-dən çox məktəbli qızı oğurlamışdı.

Son xəbərlər

Orphus sistemi