​Nigeriyada terrorçular 23 nəfərin başını kəsiblər

​Nigeriyada terrorçular 23 nəfərin başını kəsiblər Onlar yerli sakinlərin evlərinə od vurublar
Digər ölkələr
28 Mart , 2015 21:55
​Nigeriyada terrorçular 23 nəfərin başını kəsiblər

Bakı. 28 mart. REPORT.AZ/ "Boko haram" terror təşkilatının yaraqlıları Nigeriyada 23 nəfərin başını kəsiblər.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi bildirib.

"Cümə günü axşam silahlı şəxslər Buratay əyalətinə hücum edib. Onlar 23 nəfərin başını kəsiblər və yerli sakinlərin evlərini yandırıblar", - deyə məlumatda bildirilir.

Silahlıların hücumu Nigeriyada təyin edilən ümumi seçkilər ərəfəsində baş verib. Terrorçuların hücumu nəticəsində 32 nəfər zərər çəkib.

Son xəbərlər

Orphus sistemi