​Nigeriyada terror aktları nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb

​Nigeriyada terror aktları nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb Ölənlərin sayının artacağı gözlənilir
Digər ölkələr
11 Dekabr , 2014 01:19
​Nigeriyada terror aktları nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Bakı. 11 dekabr. REPORT.AZ/ Nigeriyanın Kano şəhərində bazarda törədilən iki partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, Kanonun parça bazarı təkcə Nigeriyada deyil, qonşu ölkələrdə də tanınır və ona görə burada daima xeyli sayda alıcı olur.

Nigeriya hakimiyyəti ölənlərin sayının artacağından ehtiyatlanır.

Ötən həftə "Boko Haram" terror qruplaşması üzvlərinin Kanoda məscidə silahlı hücumu nəticəsində 100-dən artıq insan həlak olmuşdu.

Son xəbərlər

Orphus sistemi