Nigeriyada terror aktları zamanı 54 nəfərin öldüyü təsdiqlənib

Nigeriyada terror aktları zamanı 54 nəfərin öldüyü təsdiqlənib Polis partlayışlarda daha 90 nəfərin yaralandığını açıqlayıb
Digər ölkələr
22 Sentyabr , 2015 01:37
Nigeriyada terror aktları zamanı 54 nəfərin öldüyü təsdiqlənib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nigeriyada baş verən terror aktları zamanı 54 nəfər həlak olub, 90 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda Borno ştatının polisi Viktor İsuku xəbər verib.

Partlayışlar Əlcilari və Bintada baş verib. Partlayışlar mobil rabitə mərkəzləri yerləşən binalarda baş verib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib. 

Qeyd edək ki, bu ərazilərdə "Boko Haram" terror təşkilatı dəfələrlə terror aktları təşkil edib.

Son xəbərlər

Orphus sistemi