Nigeriyada silsilə hücumlar nəticəsində 40 nəfər öldürülüb

Nigeriyada silsilə hücumlar nəticəsində 40 nəfər öldürülüb Hücumlar Kadun ştatında şənbə və bazar günləri baş verib
Digər ölkələr
18 Oktyabr , 2016 02:11
Nigeriyada silsilə hücumlar nəticəsində 40 nəfər öldürülüb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Nigeriyada ötən həftənin sonunda fulanı maldarları tərəfindən həyata keçirilmiş silsilə hücumlar nəticəsində azı 40 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, hücumlar Kadun ştatında şənbə və bazar günləri baş verib.

Fulaninin köçəri maldarları və Nigeriya kəndlərinin oturaq sakinləri arasında düşmənçilik daimi xarakteri daşıyır. Mal-qara üçün su və yem axtarışlarında olan köçərilərin sürülərini yerli icmalara aid olan otlaqlara gətirmələri tez-tez münaqişəyə səbəb olur.

Yalnız son bir neçə ildə belə münaqişələrdə minlərlə insan həlak olub.

Son xəbərlər

Orphus sistemi