​Nigeriyada qaz emalı zavodunda partlayış baş verib, ölənlər var

​Nigeriyada qaz emalı zavodunda partlayış baş verib, ölənlər var Hadisə yerində xilasetmə işləri aparılır
Digər ölkələr
24 Dekabr , 2015 23:24
​Nigeriyada qaz emalı zavodunda partlayış baş verib, ölənlər var

Bakı. 24 dekabr. REPORT.AZ/ Nigeriyanın Anambra ştatının Nnevi şəhərində yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Nigeria's Daily Post" nəşri məlumat yayıb.

Hadisə yerində xilasedicilər işləyir. Partlayışın səbəbləri, həmçinin ölənlərin və yaralananların dəqiq sayı barədə hələ ki, məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi