​Nigeriyada partlayış nəticəsində 4 nəfər ölüb

​Nigeriyada partlayış nəticəsində 4 nəfər ölüb Partlayış kamikadzenin özünü partlatması nəticəsində baş verib
Digər ölkələr
18 Yanvar , 2015 18:34
​Nigeriyada partlayış nəticəsində 4 nəfər ölüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 48 nəfər yaralanıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, partlayıcı qurğunu kamikadzenin işə saldığı bildirilir.

"Terrorçu-kamikadze avtobus dayanacağının yanında dayanan avtomobildə partlayıcı qurğunu işə salıb", - deyə polisdən bildirilib.

Hazırda hadisənin bütün təfərrüatları öyrənilir. Terror aktına görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi