​Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər həyatını itirib

​Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər həyatını itirib Yerli polis əməkdaşları qətlə yetirilənlərin yarısının meyitini aşkar etdiklərini bildiriblər
Digər ölkələr
9 Fevral , 2016 20:42
​Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər həyatını itirib

Bakı. 9 fevral. REPORT.AZ/ Nigeriyanın şimal-qərbində Zamfara əyalətindəki kəndlərdən birinə naməlum silahlıların hücumu nəticəsində 23 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, basqın iki saatadək sürüb, Motosikllə kəndə girən silahlılar sakinləri atəşə tutub, onların evlərini qarət ediblər.

Yerli polis əməkdaşları qətlə yetirilənlərin yarısının meyitini aşkar etdiklərini bildiriblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.

İndiyədək hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Son xəbərlər

Orphus sistemi