​Nigeriyada məsciddə partlayış törədilib, 20 nəfər ölüb

​Nigeriyada məsciddə partlayış törədilib, 20 nəfər ölüb Ötən gün "Boko Haram" terrorçu qruplaşmasının bu şəhərə basqını nəticəsində 15 nəfər qətlə yetirilmişdi
Digər ölkələr
28 Dekabr , 2015 16:13
​Nigeriyada məsciddə partlayış törədilib, 20 nəfər ölüb

Bakı. 28 dekabr. REPORT.AZ/ Nigeriyanın Mayduquri şəhərinin şimalında məsciddə törədilən partlayış nəticəsində azı 20 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Qeyd edək ki, ötən gün "Boko Haram" terrorçu qruplaşmasının bu şəhərə basqını nəticəsində 15 nəfər qətlə yetirilmişdi.  

Son xəbərlər

Orphus sistemi