Nigeriyada məcburi köçkünlərin sayı 850 mini ötüb

Nigeriyada məcburi köçkünlərin sayı 850 mini ötüb Evlərini tərk etmiş insanların sayı bir milyonu keçib
Digər ölkələr
19 Dekabr , 2014 22:23
Nigeriyada məcburi köçkünlərin sayı 850 mini ötüb

Bakı. 19 dekabr. REPORT.AZ/ Terrorizm nəticəsində Nigeriyada sosial-siyasi vəziyyət gərginləşməkdədir.

“Report”un xəbərinə görə, Şimali Nigeriyada “Boko Haram” terror təşkilatının silahlı hücumları nəticəsində məcburi köçkünlərin sayı 850 min nəfəri keçib.

Fövqəladə hallar üzrə milli agentliyin koordinatoru Məhəmməd Əbdülsalam Laqos şəhərində baş verən hadisələrlə bağlı keçirilən mətbuat konfransında bildirib ki, yaradılmış 31 düşərgədə 850 mindən çox məcburi köçkün yerləşdirilib.

“Boko Haram” terror təşkilatının fəal olduğu Borno ştatının qurbernatoru Kazım Şetima ötən həftə açıqlamasında bildirmişdi ki, evlərini tərk etmiş insanların sayı bir milyonu keçib.

Son xəbərlər

Orphus sistemi