​Nigeriyada oğurlanan ABŞ vətəndaşı azad edilib

​Nigeriyada oğurlanan ABŞ vətəndaşı azad edilib Qadın Nigeriyada missionerliklə məşğul olub
Digər ölkələr
7 Mart , 2015 03:48
​Nigeriyada oğurlanan ABŞ vətəndaşı azad edilib

Bakı. 7 mart. REPORT.AZ/ Fevral ayında Nigeriyada oğurlanan ABŞ vətəndaşı azad edilib.

"Report" xəbər verir ki, Nigeriya polisinin nümayəndəsi Kollinz Sola Adebayonun məlumatına görə, amerikalı missioner qadın Birləşmiş Ştatlara təhvil verilib.

"O xilas edilib və Amerika hakimiyyətinə təhvil verilib", - deyə Adebayo bildirib.

Onun sözlərinə görə, Fillis Sortorun azad olunması üçün tələb olunan 300 min dollar adam oğrularına ödənməyib.

Amerikalı qadın Nigeriyanın Koqi şəhərində silahlı qrup tərəfindən oğurlanmışdı. 

Son xəbərlər

Orphus sistemi