​Nigeriyada bir ayda 200 qaçqın aclıq və susuzluqdan ölüb

​Nigeriyada bir ayda 200 qaçqın aclıq və susuzluqdan ölüb Həmin düşrəgədə 24 min qaçqının yaşadığı bildirilib
Digər ölkələr
23 İyun , 2016 11:11
​Nigeriyada bir ayda 200 qaçqın aclıq və susuzluqdan ölüb

Bakı. 23 iyun. REPORT.AZ/ Nigeriyada terrorçu "Boko Haram" qruplaşmasının hücumlarına görə, öz evlərindən qaçan 200-dən çox insan bir ayda aclıq və susuzluqdan ölüb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda "Sərhədsiz həkimlər " Beynəlxalq Təşkilatı məlumat yayıb.

İnformasiyaya əsasən, terrorçuların hücumlarından qaçan insanlar ölkənin Bama şəhərində düşərgəyə oxşar bir yerdə məskunlaşıblar. Həmin düşərgədə 24 min qaçqının yaşadığı bildirilib.

Təşkilat qaçqınların vəziyyətini "humanitar fəlakət şəraiti" olaraq dəyərləndirib.

Məlumata görə, Bamanın sakinləri hər gün yeni qəbirlər qazıldığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi