​Nigeriyada bazarda terror aktı törədilib: 11 nəfər ölüb

​Nigeriyada bazarda terror aktı törədilib: 11 nəfər ölüb Terror aktının 12 yaşlı uşaq tərəfindən törədildiyi bildirilir
Digər ölkələr
29 Yanvar , 2016 20:58
​Nigeriyada bazarda terror aktı törədilib: 11 nəfər ölüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində bazarda kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 11 nəfər həlak olub, bir çox insan isə yaralanıb.

Bu barədə "Report" "Frans Press" agentliyinə istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, terror aktı 12 yaşlı uşaq tərəfindən törədilib.

Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi