​Nigeriyada 234 qadın və uşaq əsirlikdən xilas edilib

​Nigeriyada 234 qadın və uşaq əsirlikdən xilas edilib Simbiza meşəsində xüsusi əməliyyat həyata keçirilib
Digər ölkələr
2 May , 2015 04:45
​Nigeriyada 234 qadın və uşaq əsirlikdən xilas edilib

Bakı. 2 may. REPORT.AZ/ Nigeriyada 230-dan çox qadın və uşaq "Boko Haram" terror qruplaşmasının əsirliyindən xilas edilib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "Franc-Press" məlumat yayıb.

Hərbçilərin məlumatına görə, Simbiza meşəsində həyata keçirilən əməliyyat nəticəsində 234 nəfər azad edilib.

Bundan əvvəl daha 160 nəfərin girovluqdan xilas edildiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi