​Nigeriyada 20 nəfər terrorçulardan azad edilib

​Nigeriyada 20 nəfər terrorçulardan azad edilib Onlarla terrorçu zərərsizləşdirilib
Digər ölkələr
23 May , 2015 22:27
​Nigeriyada 20 nəfər terrorçulardan azad edilib

Bakı. 23 may. REPORT.AZ/ Nigeriya hakimiyyəti ölkənin şimal-qərbində “Boko-Haram” terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirib.

“Report” “Frans Press”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 20 nəfəri girovluqdan azad etmək mümkün olub.

"Ümumilikdə 20 qadın və uşaq əməliyyat zamanı azad edilib", - deyə Nigeriya hakimiyyətinin məlumatında bildirilir.

Məlumata görə, həmçinin onlarla terrorçu zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi