​Nigeriyada 18 nəfər naməlum virusdan dünyasını dəyişib

​Nigeriyada 18 nəfər naməlum virusdan dünyasını dəyişib Müəmmalı xəstəlik mərkəzi sinir sistemini məhv edir
Digər ölkələr
19 Aprel , 2015 11:21
​Nigeriyada 18 nəfər naməlum virusdan dünyasını dəyişib

Bakı. 19 aprel. REPORT.AZ/ Nigeriyanın cənub-şərqində görmə qabiliyyətinin pozulması, baş ağrıları və özündən getmə halları ilə müşayiət olunan naməlum xəstəlikdən ən azı 18 nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, Ondo ştatının həkimləri müəmmalı xəstəliyin mərkəzi sinir sistemini sıradan çıxardığını bildirirlər.

Yoxlamalar göstərib ki, bu, Ebola virusu deyil.

Yerli sakinlərin sözlərinə görə, xəstəlik üç gün əvvəl baş qaldırıb və sürətlə yayılmağa başlayıb. Xəstəliyə yoluxanların hamısı gün ərzində dünyalarını dəyişiblər.

Son xəbərlər

Orphus sistemi