Nigeriya sahillərində tankerdə partlayış zamanı 10 nəfər həlak olub

Nigeriya sahillərində tankerdə partlayış zamanı 10 nəfər həlak olub Nigeriya sahillərində yükgötürmə qabiliyyəti 2 milyon barel olan tankerdə baş verən partlayışda 10 nəfər həlak olub.
Digər ölkələr
4 Fevral , 2022 04:48
Nigeriya sahillərində tankerdə partlayış zamanı 10 nəfər həlak olub

Nigeriya sahillərində yükgötürmə qabiliyyəti 2 milyon barel olan tankerdə baş verən partlayışda 10 nəfər həlak olub.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, partlayış Niger çayının Eskravos terminalının yaxınlığındakı Ukpokiti neft yatağının ərazisindəki “Trinity Spirit” tankerində baş verib.

Ölənlərin hamısı gəminin ekipaj üzvləridir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Gəmidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi