​Nigeriyada partlayış nəticəsində 5 nəfər ölüb

​Nigeriyada partlayış nəticəsində 5 nəfər ölüb Partlayıcı qurğunu kamikadze işə salıb
Digər ölkələr
17 Yanvar , 2015 03:14
​Nigeriyada partlayış nəticəsində 5 nəfər ölüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində, Qombe şəhərində bazarda bombanın partlaması nəticəsində ən azı beş nəfər ölüb, on nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, xilasedicilərin məlumatına görə, partlayıcı qurğunu kamikadze işə salıb.

Terror aktı ilə bağlı məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi