​Nigeriya ordusu 338 girovu azad edib

​Nigeriya ordusu 338 girovu azad edib Hərbçilər 30-a yaxın terrorçunu zərərsizləşdiriblər
Digər ölkələr
28 Oktyabr , 2015 14:52
​Nigeriya ordusu 338 girovu azad edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Nigeriyanın hərbi qüvvələri terrorçu "Boko Haram" qruplaşmasının girovluğunda olan 338 nəfəri azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı yerli KİV yayıb.

Girovların azad edilməsi əməliyyatı ölkənin şərqində Borno əyalətində başlayıb. Azad edilən dinc sakinlərin 8-i kişi, 138-i qadın, 192-si isə uşaqdır.

Hərbçilər 30-a yaxın terrorçunu zərərsizləşdiriblər.

Son xəbərlər

Orphus sistemi