Nigerdə daşqınların qurbanlarının sayı 38-ə çatıb

Nigerdə daşqınların qurbanlarının sayı 38-ə çatıb ​Nigerdə daşqınların qurbanlarının sayı 38-ə çatıb
Digər ölkələr
8 Sentyabr , 2016 02:47
Nigerdə daşqınların qurbanlarının sayı 38-ə çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Nigerdə daşqınların qurbanlarının sayı 38-ə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, leysan yağışlar daşqınlar nəticəsində azı 38 nəfər həlak olub, ən azı 92 min insan evsiz qalıb.

Daşqınlardan ən çox ölkənin qərbindəki Taxua və Aqades rayonları zərər çəkib. 

"France Press" BMT-yə istinadən xəbər verir ki, daşqınlar zamanı doqquz min ev tamamilə dağılıb. Təxminən 26 min baş mal-qara itib.

Evlərini tərk edən insanlar məktəblərdə və ictimai binalarda yerləşdirilir.

Son xəbərlər

Orphus sistemi