​Niderlandda mərkəzi kanal silahlı hücum səbəbindən bağlanıb

​Niderlandda mərkəzi kanal silahlı hücum səbəbindən bağlanıb Telekanalın bütün əməkdaşları təcili olaraq binadan təxliyə edilib
Digər ölkələr
30 Yanvar , 2015 03:27
​Niderlandda mərkəzi kanal silahlı hücum səbəbindən bağlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Niderlandda silahlı hücum səbəbindən mərkəzi NOS telekanalının yayımı dayandırılıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, telekanalın Hilversum şəhərində yerləşən ofisinə xəbərlərin gecə buraxılışı zamanı silahlı şəxs daxil olub və ona efir vaxtının verilməsini tələb edib.

Telekanalın bütün əməkdaşları təcili olaraq binadan təxliyə edilib. Hadisə yerinə polis gəlib.

Sonradan "Folkskrant" qəzetinin internet versiyası silahlı kişinin saxlanıldığı barədə məlumat yazıb.

Nəşrin məlumatına görə, hücum nəticəsində zərər çəkən olmayıb.

Son xəbərlər

Orphus sistemi