Nigerdə etirazçılar 8 kilsəyə od vurublar

Nigerdə etirazçılar 8 kilsəyə od vurublar Nümayişçilər Niameydə polis məntəqəsinə hücum ediblər və ən azı iki patrul maşınını yandırıblar
Digər ölkələr
18 Yanvar , 2015 17:48
Nigerdə etirazçılar 8 kilsəyə od vurublar

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən gün Nigerdə Məhəmməd peyğəmbərin (s) karikaturalarının dərc olunmasına qarşı çıxan nümayişçilər ölkədə ən azı 8 xristian kilsəsini yandırıblar.

"Report" xəbər verir ki, kilsələrin paytaxt Niamey və digər şəhərlərdə yandırıldığı bildirilir.

Bundan əlavə, nümayişçilər Niameydə polis məntəqəsinə hücum ediblər və ən azı iki patrul maşınını yandırıblar. Etirazçılar, həmçinin Fransa bayrağını yandıraraq şəhərin mərkəzində barrikadalar qurublar.

Son xəbərlər

Orphus sistemi