Bakı. 28 oktyabr. REPORT.AZ/ Nepal parlamenti ölkə prezidentini seçib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu posta ilk dəfə qadın - Bidxia Bxandari seçilib.
O, 327 səsdən 214-nü toplayaraq Nepal Konqresi Partiyasından olan əsas oponenti Kul Bahadur Qurunqa qalib gəlib.
Qeyd edək ki, sentyabrın 20-də ölkədə yeni konstitusiya qəbul olunub. Yeni konstitusiya dünyəvi dövlətə keçidi dəstəkləməyə yönəlib.