​Nepalda zəlzələ qurbanlarının sayı əhəmiyyətli dərəcədə arta bilər

​Nepalda zəlzələ qurbanlarının sayı əhəmiyyətli dərəcədə arta bilər Bunadək ölənlərin sayının 7 min nəfəri ötdüyü bildirilir
Digər ölkələr
3 May , 2015 16:00
​Nepalda zəlzələ qurbanlarının sayı əhəmiyyətli dərəcədə arta bilər

Bakı. 3 may. REPORT.AZ/ Aprelin 25-də Nepalda güclü yeraltı təkanlar nəticəsində ölənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Şaran Mahat məlumat verib.

"Bizdə olan məlumatlara görə, bütün evlərin dağıldığı kəndlər var hələ, lakin hazırda oralara getmək imkanında deyilik. Afterşoklar bitmir və bizdə olan məlumatlara görə, zəlzələ qurbanlarının yekun sayı əhəmiyyətli dərəcədə çox ola bilər", - deyə maliyyə naziri qeyd edib.

Bunadək ölənlərin sayının 7 min nəfəri ötdüyü bildirilib.

Son xəbərlər

Orphus sistemi