​Nepalda zəlzələ qurbanlarının sayı 3 mini ötüb

​Nepalda zəlzələ qurbanlarının sayı 3 mini ötüb Qurbanların sayı 3218 nəfərə çatıb, 6500 insan xəsarət alıb
Digər ölkələr
27 Aprel , 2015 10:47
​Nepalda zəlzələ qurbanlarının sayı 3 mini ötüb

Bakı. 27 aprel. REPORT.AZ/ Nepalın təbii fəlakətlərlə mübarizə mərkəzinin nümayəndəsi məlumat verib ki, ölkədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3218 nəfərə çatıb, 6500-dan artıq insan xəsarət alıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bir müddət əvvəl qurbanların sayının 2500 nəfər olduğu bildirilirdi. 

"Qurbanların sayı 3218 nəfərə çatıb, 6500 insan xəsarət alıb", - mərkəzin rəhbəri Rameşvor Danqal agentliyə məlumat verib. 

Maqnitudası 7,9 bal olan zəlzələ aprelin 25-də səhər saatlarında baş verib. Nepalın hökumət orqanları bir qədər əvvəl ölkədə fövqəladə vəziyyət elan edib. 

Axtarış-xilasetmə işlərinə hərbçilər cəlb olunub. Ölkəyə, həmçinin Çin, ABŞ, Kanada, Avstraliya, Yaponiya, Rusiya və Şri-Lankadan xilasedicilər gəlib.

Son xəbərlər

Orphus sistemi