​Nepalda sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 18 nəfər ölüb

​Nepalda sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 18 nəfər ölüb Qəza ölkə paytaxtı Katmandudan 450 kilometr qərbdə baş verib
Digər ölkələr
8 Dekabr , 2014 08:45
​Nepalda sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 18 nəfər ölüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Nepalda dağ yolu ilə hərəkət edən sərnişin avtobusunun uçurumdan aşağı yuvarlanması nəticəsində 18 nəfər ölüb, daha 50 nəfər yaralanıb.

"Report" xəbər verir ki, avtobus uçurumdan təqribən 300 metr aşağı düşüb.

Qəza ölkə paytaxtı Katmandudan 450 kilometr qərbdə baş verib.

Polisin fərziyyəsinə görə, faciəyə sürücünün sürət həddini aşması, həmçinin avtobusun sərnişin ilə dolu olması səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi