Nepalda baş verən zəlzələdə ölənlərin sayı 876 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Nepalda baş verən zəlzələdə ölənlərin sayı 876 nəfərə çatıb - YENİLƏNİB - VİDEO Ölkədə fövqəladə vəziyyət elan olunub
Digər ölkələr
25 Aprel , 2015 19:20
Nepalda baş verən zəlzələdə ölənlərin sayı 876 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Bakı. 25 aprel. REPORT.AZ/ Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 876 nəfərə çatıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Nepal hakimiyyətinə istinadən Qərb KİV-ləri məlumat yayıb.

Bundan əvvəl ölənlərin sayının 758 nəfər olduğu bildirilirdi.

Hazırda ölkədə fövqəladə vəziyyət elan olunub.

15:35

Nepal hökuməti ölkədə baş verən güclü zəlzələ nəticəsində 200 nəfərdən çox insanın öldüyünü, 400 nəfərin isə xəsarət aldığını açıqlayıb. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Nepal Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. 

Paytaxtda həmçinin XIX əsrə aid olan Darahara qalasının uçduğu deyilir. Qalanın xarabalıqları altında 50 insanın qaldığı, 10 nəfərin isə cəsədinin çıxarıldığı bildirilib. Məlumatda o da bildirilir ki, paytaxtın xəstəxanasına onlarla yaralı gətirilib. Hazırda yerli əhali küçələrdədir.

Yeraltı təkanların ardından Katmandu şəhərinin hava limanının bağlandığı, mobil rabitənin işində fasilələrin yarandığı bildirilir.

Ümumiyyətlə, Hindistan və Pakistanda da hiss edilən zəlzələ bir neçə evin tamamilə çökməsi ilə nəticələnib. Nyu-Dehli şəhərində binalar təxminən bir dəqiqə ərzində silkələnib. Əhalidən evlərini tərk etmək xahiş olunub. Təkanlar Hindistanın Lakxnau, Caypur, Rançi və başqa şəhərlərində də hiss olunub.

Qeyd edək ki, ABŞ Geoloji Kəşfiyyat İdarəsi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb. Təkanlar yerin 15 km dərinliyində paytaxt Katmandudan 77 km şimal-qərbdə qeydə alınıb. Zəlzələdən bir saat sonra 6,6 bal gücündə olan yeraltı təkanlar təkrarlanıb.   

İlk xəbər 12:17-də dərc olunub

Nepalda 7,5 bal gücündə zəlzələ baş verib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə paytaxt Katmandudan 77 km şimal-qərbdə qeydə alınıb. Təbii fəlakət nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilməsə də, ancaq paytaxtdakı bəzi evlərin zərər gördüyü bildirilib. 

Zəlzələ qonşu ölkələr olan Hindistan və Pakistanda hiss edilib. 

İngilis versiyası Strong earthquake hits Nepal

Son xəbərlər

Orphus sistemi