​Nepalda avtobus qəzaya uğrayıb, 25 nəfər ölüb, 35 nəfər yaralanıb

​Nepalda avtobus qəzaya uğrayıb, 25 nəfər ölüb, 35 nəfər yaralanıb Həkimlər hadisə qurbanlarının sayının artacağından ehtiyat edirlər
Digər ölkələr
15 Avqust , 2016 16:56
​Nepalda avtobus qəzaya uğrayıb, 25 nəfər ölüb, 35 nəfər yaralanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Nepalda sərnişinlə dolu avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.

Məlumata görə, ölkə paytaxtı Katamndudan Koşipari rayonu istiqamətində hərəkət edən avtobus 150 mertlik yüksəklikdən dərəyə aşıb.

Həkimlər hadisə qurbanlarının sayının artacağından ehtiyat edirlər.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi