Bakı. 23 avqust. REPORT.AZ/ Avqustun 23-də Nepalda Rixter cədvəli ilə 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kodari şəhərindən 15 km cənub-şərqdə 35 km dərinlikdə olub.
Təbii fəlakətin fəsadları barədə məlumat verilmir.
Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 8 minə yaxın insan ölmüşdü.