​Nepalda 250 nəfər qar uçqunu və torpaq sürüşməsi nəticəsində itkin düşüb

​Nepalda 250 nəfər qar uçqunu və torpaq sürüşməsi nəticəsində itkin düşüb Qautam Rimal: "Yollar bağlı olduğundan fəlakətə dair məlumatı telefon vasitəsilə alırıq"
Digər ölkələr
28 Aprel , 2015 20:33
​Nepalda 250 nəfər qar uçqunu və torpaq sürüşməsi nəticəsində itkin düşüb

Bakı. 28 aprel. REPORT.AZ/ Nepalın paytaxtı Katmandunun şimalında yerləşən Rasuva şəhərində qar uçqunu və torpaq sürüşməsi nəticəsində 250-yə yaxın insan itkin düşüb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bölgə rəsmisi Qautam Rimal bildirib.

Onun sözlərinə görə, güclü qar yağması nəticəsində uçqun və torpaq sürüşməsi ola bilər.

Qautam Rimal deyib ki, yollar bağlı olduğundan fəlakətə dair məlumatı telefon vasitəsilə alırlar.

Xatırladaq ki, bu rayon turistlərin və idmançıların daha çox getdiyi yer sayılır.

Məlumata əsasən, itkin düşənlərin arasında idmançıların olduğu hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi