​Nepalda 2,8 milyondan çox insan zəlzələyə görə evini tərk edib

​Nepalda 2,8 milyondan çox insan zəlzələyə görə evini tərk edib Onlar müvəqqəti yaşayış yerlərində məskunlaşıblar
Digər ölkələr
2 May , 2015 08:03
​Nepalda 2,8 milyondan çox insan zəlzələyə görə evini tərk edib

Bakı. 2 may. REPORT.AZ/ Nepalda 2,8 milyondan çox insan aprelin 25-də ölkədə baş verən dağıdıcı zəlzələdən sonra evini tərk etmək məcburiyyətində qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "İomiuri" nəşri yazıb.

Məlumata görə, onlar hazırda çadır və digər müvəqqəti məskənlərdə yaşamaqda davam edirlər.

"Nepalda zəlzələ baş verəndən bir həftə sonra, təqribən 2,8 mln. insan və ya əhalinin 10 faizi öz evlərini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti məskənlərdə yaşayırlar. Lakin son günlər vəziyyət dəyişməyə başlayıb. Təkrar zəlzələ qorxusunun olmasına baxmayaraq, bir çoxları öz evlərinə qayıtmağa başlayıb. Katmandunun 10 mindən çox insanın sığınacaq yerinə çevrilən mərkəzi parklarından birində indiyə qədər 2,5 min nəfər adam qalıb", - deyə nəşr yazıb.

Son xəbərlər

Orphus sistemi