Nazir seçki məntəqə komissiyalarını kiberhücumdan müfadiə tədbirlərini sürətləndirməyə çağırıb

Nazir seçki məntəqə komissiyalarını kiberhücumdan müfadiə tədbirlərini sürətləndirməyə çağırıb Ehtimal edilən kiberhücumlardan qorunmaq üçün görülən işlərin yoxlanılması 3 həftəyədək davam edə bilər
Digər ölkələr
11 Oktyabr , 2016 08:09
Nazir seçki məntəqə komissiyalarını kiberhücumdan müfadiə tədbirlərini sürətləndirməyə çağırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Conson ölkənin seçki məntəqə komissiyalarını kiberhücumdan müfadiə tədbirlərini sürətləndirməyə çağırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ştat səviyyəsində 33 seçki orqanı, 11 seçki dairəsi kiberhücuma dair təhlükəsizlik tədbirləri ilə bağlı Daxili Təhlükəsizlik Nazirliyinə müraciət edilib.

"Seçkiyə 29-gün qalıb. Biz başqa seçki məntəqələrini də uyğun addımı atmağa çağırırıq", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, ehtimal edilən kiberhücumlardan qorunmaq üçün görülən işlərin yoxlanılması 3 həftəydək davam edə bilər.

Qeyd edək ki, bu il noyabrın 8-də ABŞ-da prezident seçkisidir. 

Son xəbərlər

Orphus sistemi