Bakı. 2 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev nüvə təhlükəsizliyi sammitinin ölkəsində keçirilməsini təklif edib.
"Report" TASS-a istinadən xəbər verir ki, o bu təşəbbüslə Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitində çıxış edib.
"Düşünürəm ki, Qazaxıstanın belə bir tədbiri keçirmək üçün mənəvi hüququ var. Bu, dünyada dördüncü nüvə silahı arsenalından imtina edən və poliqonu bağlayan ölkəyə təşəkkür əlaməti olardı", - deyə Nazarbayev bildirib.
Prezident xüsusilə qeyd edib ki, Qazaxıstan nüvə obyektləri və materiallarının ən yüksək təhlükəsizlik səviyyəsinə malik dövlətlərin ilk iyirmiliyinə daxildir.