​NATO Rusiyanı Suriyada bombardımanı dayandırmağa çağırıb

​NATO Rusiyanı Suriyada bombardımanı dayandırmağa çağırıb Bu barədə Şimali Atlantika Şurasının bəyanatında bildirilir
Digər ölkələr
5 Oktyabr , 2015 22:52
​NATO Rusiyanı Suriyada bombardımanı dayandırmağa çağırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ NATO Şurası Rusiyanı Suriyada "mötədil müxalifətə endirilən zərbələri dərhal dayandırmağa" çağırıb.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Şurasının Brüsseldə Suriya ilə bağlı keçirilmiş təcili iclasının yekunlarına əsasən qəbul olunan bəyanatında deyilir.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Rusiya Suriyada "məğlubiyyət strategiyasını" dəstəkləyir. Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya öz aviazərbələri ilə Suriyada gedən vətəndaş müharibəsini gərginləşdirir.

Son xəbərlər

Orphus sistemi