NATO Polşada çevik qüvvələrin təlimini keçirəcək

NATO Polşada çevik qüvvələrin təlimini keçirəcək Hərbi təlimdə Almaniya, Hollandiya, Norveç, Polşa, Çexiya və ABŞ hərbçiləri də iştirak edəcək
Digər ölkələr
12 Mart , 2015 15:03
NATO Polşada çevik qüvvələrin təlimini keçirəcək

Bakı. 12 mart. REPORT.AZ/ NATO Polşada çevik qüvvələrin təlimini keçirəcək.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib.

"Təlimdə Almaniya, Hollandiya, Norveç, Polşa və Çexiya hərbçiləri iştirak edəcək. ABŞ hərbçilərinin də tədbirə qatılması ilə bağlı qərar qəbul olunub", - o vurğulayıb.

Nazirin sözlərinə görə, manevrlər bu ilin iyununda Polşanın poliqonlarında gerçəkləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi