NATO-nun baş katibi: Rusiya bizim üçün nə dostdur nə də düşmən

NATO-nun baş katibi: Rusiya bizim üçün nə dostdur nə də düşmən "Rusiyanın rolu çox mürəkkəb olduğundan bu ölkəni nə dost, nə də düşmən hesab etmək olmaz"
Digər ölkələr
13 Sentyabr , 2015 22:30
NATO-nun baş katibi: Rusiya bizim üçün nə dostdur nə də düşmən

Bakı. 13 sentyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya Şimali Atlantika Alyansına üzv olan heç bir ölkə üçün təhlükə mənbəyi deyil. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Stoltenberq qeyd edib ki, NATO-ya üzv olan bütün dövlətlər təhlükəsizliyə dair tam təminat alıblar və bu səbəbdən təhlükədə deyillər.

Bununla belə, NATO-nun baş katibi deyib ki, "Rusiyanın rolu çox mürəkkəb olduğundan bu ölkəni nə dost, nə də düşmən hesab etmək olmaz". "Biz Rusiya ilə əlaqələri inkişaf etdirməyə də çalışırıq", - deyə Stoltenberq əlavə edib.

Qeyd edək ki, Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko bir müddət əvvəl bəyan etmişdi ki, öz ərazilərində NATO bazalarını yerləşdirmək istəyən dövlətlər "atəşlə oynayır".

Son xəbərlər

Orphus sistemi