NATO-nun baş katibi: "Razılaşma Tehranın nüvə silahını əldə etməsinə imkan verməyəcək"

NATO-nun baş katibi: "Razılaşma Tehranın nüvə silahını əldə etməsinə imkan verməyəcək" NATO-nun baş katibi hesab edir ki, İranın nüvə proqramına dair razılaşma Tehranın kütləvi qırğın silahını istehsal etməsinə imkan verməyəcək
Digər ölkələr
21 İyul , 2015 04:45
NATO-nun baş katibi: Razılaşma Tehranın nüvə silahını əldə etməsinə imkan verməyəcək

Bakı. 21 iyul. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, İranın nüvə proqramına dair razılaşma rəsmi Tehranın kütləvi qırğın silahını istehsal etməsinə imkan verməyəcək.

"Report" xəbər verir ki, BBC telekanalına müsahibə verən Stoltenberq bildirib ki, İranla "altılıq" ölkələrinin (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) razılığı - nüvə silahının qarşısını alan "ən gözəl mexanizmdir".

Onun sözlərinə görə, bütün tərəflərin bu mexanizmə ehtiyacı var: "Mən razılaşmanı alqışlayıram və vacib hesab edirəm. Belə bir sənəd hazırlanmasaydı, biz İranın nüvə silahını necə istehsal etməsini müşahidə etməklə kifayətlənəcəkdik".

Son xəbərlər

Orphus sistemi