NATO-nun baş katibi: "İŞİD ilə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır"

NATO-nun baş katibi: "İŞİD ilə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır" Şimali Atlantika Alyansı Suriyada İŞİD-lə mübarizə aparan dövlətlərə yardım etməyə hazırdır
Digər ölkələr
9 Fevral , 2016 17:36
NATO-nun baş katibi: İŞİD ilə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır

Bakı. 9 fevral. REPORT.AZ/ "İŞİD-lə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır. Bu, əcnəbilərdən ibarət yerüstü qüvvələr göndərməkdən daha yaxşıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Fevralın 10-11-nə planlaşdırılan NATO müdafiə nazirləri görüşü ərəfəsində mətbuat konfransı təşkil edən baş katib Şimali Atlantika Alyansının Suriyada İŞİD-lə mübarizə aparan dövlətlərə yardım etməyə hazır olduğunu bildirib.

Eyni zamanda, o vurğulayıb ki, alyansın bütün ölkələri İŞİD-ə qarşı mübarizə koalisiyasına daxil olsa da, NATO özü bir təşkilat kimi bu koalisiyaya daxil deyil.

Son xəbərlər

Orphus sistemi