​NATO cənub-şərq sərhədlərini möhkəmləndirir

​NATO cənub-şərq sərhədlərini möhkəmləndirir Baş katib: "Türkiyədəki radarlar da artıq NATO komandanlığının nəzarəti altında fəaliyyət göstərə biləcək”
Digər ölkələr
9 İyul , 2016 00:52
​NATO cənub-şərq sərhədlərini möhkəmləndirir

Bakı. 9 iyul. REPORT.AZ/ NATO Rumıniya komandanlığı altında bu ölkədə çoxmillətli briqadanın yerləşdirilməsini təsdiq edib. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq NATO-nun Varşavada keçirilən Sammitinin ilk gününün yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Baş katib əlavə edib ki, NATO qüvvələri alyansın cənub-şərq cinahında hərbi mövcudluğunu möhkəmləndirmək məqsədilə rumın generalların komandanlığı altında çoxmillətli briqadanın mövcudluğu barədə razılığıa gəliblər.

İlkin mərhələdə briqada Rumıniya və Bolqarıstan silahlı qüvvələrindən təşkil etdiyi NATO-nun Varşavadakı sammitinin ilk günü, həmçinin bir sıra tarixi qərarların qəbul edilməsilə yadda qalıb. Belə ki, qurumun baş katibi Y. Stoltenberq vurğulayıb ki, Alyansa üzv dövlətlərin liderləri NATO-nun Avropadakı RƏM (Raket Əleyhinə Müdafiə) sistemlərinin ilkin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsinin elan edilməsi barədə razılığa gəliblər: “Bu o deməkdir ki, ABŞ-ın İspaniyadakı HDQ (Hərbi Dəniz Qüvvələri) gəmiləri,Türkiyədəki radarlar, eləcə də Rumıniyadakı RƏM sistemi artıq NATO komandanlığının nəzarəti altında fəaliyyət göstərə biləcək”.

Sammitdə, həmçinin Alyansın şərq sərhədlərinin möhkəmləndirilməsi və bu məqsədlə NATO-ya üzv dövlətlərin rəhbərləri tərəfindən Baltikyanı ölkələr və Polşada çoxmillətli 4 briqadanın yaradılmasına da qərar verilib. Litva ərazisində Almaniya, Estoniyada Böyük Britaniya, Latviyada Almaniya, Polşada isə ABŞ hərbiçiləri yerləşdiriləcək. Çoxmillətli briqada artıq 2017-ci ildən sözügedən ölkələrdə rotasiya əsasında xidmətə başlayacaq.

Son xəbərlər

Orphus sistemi