​Nepalda avtobus 200 metrdən uçuruma yuvarlanıb, 35 nəfər ölüb

​Nepalda avtobus 200 metrdən uçuruma yuvarlanıb, 35 nəfər ölüb Avtobus sərnişinlə dolu olduğundan, adamlar maşının damına miniblər
Digər ölkələr
3 Noyabr , 2015 17:35
​Nepalda avtobus 200 metrdən uçuruma yuvarlanıb, 35 nəfər ölüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Nepalın paytaxtı Katmandudan 85 km aralıda avtobusun uçurumdan yuvarlanması nəticəsində azı 35 nəfər həyatını itirib, onlarla sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda yerli polis əməkdaşı məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Himalay yolunda baş verib: "Avtobus 200 metrdən uçuruma yuvarlanaraq əzilib".

Polis deyib ki, avtobus sərnişinlə dolu olduğundan, adamlar maşının damına miniblər.

Məlumata əsasən, ölkədə yanacaq qıtlığı olduğundan, ictimai nəqliyyatdan istifadə edənlər avtobusların damında belə getməyə razı olurlar. 

Son xəbərlər

Orphus sistemi