Fransa polisi bir neçə nəfəri girov götürən naməlum şəxsi saxlayıb - YENİLƏNİB

Fransa polisi bir neçə nəfəri girov götürən naməlum şəxsi saxlayıb - YENİLƏNİB Əməliyyatın təfərrüatı haqda məlumat verilmir
Digər ölkələr
16 Yanvar , 2015 18:01
Fransa polisi bir neçə nəfəri girov götürən naməlum şəxsi saxlayıb  - YENİLƏNİB

Bakı. 16 yanvar. REPORT.AZ/ Paris şəhərinin ətrafında yerləşən Kolombdakı poçt şöbəsində bir neçə nəfəri girov götürən naməlum şəxs polis tərəfindən saxlanılıb. 

Bu barədə "Report" "France Presse" agentliyinə istinadən məlumat verir. 

Əməliyyatın təfərrüatı haqda məlumat verilmir.

İlk xəbər 16:35-də verilib


Parisin şimal-qərbində yerləşən Kolomb rayonunda naməlum şəxs poçt şöbəsinə basqın edərək bir neçə nəfəri girov götürüb.

"Report" bu barədə xarici informasiya vasitələrinə istinadən xəbər verir.

Hadisə haqda ətraflı məlumat verilmir.

Xəbərədə bildirilib ki, polis bu hadisəni terror aktı kimi qiymətləndirməyib.

Basqınçının sözlərinə görə, onda "Kalaşnikov" avtomatı, tapança və bir neçə qumbara var. 

Son xəbərlər

Orphus sistemi