Myanmada şiddətli yağışlar səbəbindən 12 nəfər həlak olub

Myanmada şiddətli yağışlar səbəbindən 12 nəfər həlak olub Ölənlər ölkənin qərb və şimal-qərb bölgəsində yaşayıb
Digər ölkələr
13 İyun , 2016 10:50
Myanmada şiddətli yağışlar səbəbindən 12 nəfər həlak olub

Bakı. 13 iyun. REPORT.AZ/ Myanmada ötən həftə başlayan şiddətli yağışlar səbəbindən 12 nəfər həlak olub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Ölkənin Sosial Təminat Nazirliyinin məlumatına görə, aralarında 4 qadın və 1 uşağın da olduğu ölənlər ölkənin qərbindəki Rakxayn ştatında və şimal-qərbindəki Sikayn ştatında yaşayıb. 

Leysan yağışları Myanmanın bəzi hissələrində iyunun 9-da başlayıb və selə səbəb olub. Meteoroloqların məlumatına görə, leysan yağışlar bəzi regionlarda gələn həftəyə qədər davam edəcək. 

Son xəbərlər

Orphus sistemi