Bakı. 2 noyabr. REPORT.AZ/ Myanmada gəminin qəzaya uğraması nəticəsində ən azı 6 nəfər ölüb, daha 6 nəfər isə itkin düşüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, gəmi bazar günü Çinduin çayında batıb.
Onun göyərtəsində 65 nəfər olub. Gəmi Mounyu şəhərindən Xomalin yaşayış məntəqəsinə doğru hərəkət edirmiş.
Hazırda faciə yerində xilasedicilər işləyir. Qəzanın səbəbi hələ ki, məlum deyil.